AZ

Kənd təsərrüfatı inkişafı üçün güzəştli kreditlər: Yeni texnika və heyvan alışı

"Ziraat Bank Azərbaycan" ASC, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına kənd təsərrüfatının inkişafı ilə bağlı layihələri maliyyələşdirir.

Finss.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində müxtəlif kənd təsərrüfatı kreditləri təklif edilir və güzəştli şərtlərlə fermerlərə maliyyə dəstəyi verilir.

Əsas xidmətlərə aşağıdakılar daxildir:

  • Kənd təsərrüfatı kreditlərinin güzəştli şərtlərlə verilməsi.
  • Kənd təsərrüfatı texnikasının alınması və damazlıq heyvanların kreditləşdirilməsi.
  • Fermerlərə subsidiyaların verilməsi və digər kənd təsərrüfatı təşviqatları.

200 000 AZN-dən yuxarı məbləğlər üzrə verilən kreditlər, kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün ayrılmış və güzəştli şərtlərlə təmin olunan kreditlərdir. Bu proqramlar, kənd təsərrüfatının inkişafını sürətləndirmək və fermerlərə daha əlverişli maliyyə imkanları yaratmaq məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //ziraatbank.az/az/aqrar-kreditler-akia

Fuad Mədətov
Finss.az

Seçilən
0
28
fins.az

10Mənbələr