AZ

“Yaşadığım ev üçün aylıq 2000 manat kirayə haqqı ödəyirəm”

“Bir milyona ev almaq əvəzinə o qiymətə dünya turuna çıxaram”. 

Tribunainfo.az xəbər verir ki,  Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri “Miss Azərbaycan” Səmra Hüseynova “Xəbərin var?” verilişində açıqlayıb.

O, hazırkı dövrdə ev almağın məntiqsiz fikir olduğunu bildirib:

“Ev almaq sərf etmir. Mən şəhərin göbəyində qalıram. O evin qiyməti bir milyondur. 10 ildir həmin evə cəmi 60 min ödəmişəm. Bundan əlavə 30 il də yaşasam bir milyonun 300 mini evə gedəcək. Mən ev alıb nə edirəm? Evi istəyirəm dənizə sıfır məsafədə, şəhərin mərkəzində, velosiped sürə bilim. Ancaq qiyməti mənə sərf etmir və əvəzində istirahətə gedirəm. Maşın alıb nə edirəm? Bütün günü tıxac var. O bunu söyür, bu onu söyür.

Bir də mən istədiyim tərzdə ev yoxdur. Hündürlükləri iki metrdir, ancaq iyrənc təmir edilir. Bəyənmirəm. Hazırda yaşadığım ev üçün aylıq 2000 manat kirayə haqqı ödəyirəm. İstədiyim bir evdə yaşayıram. İstəmədiyim bir yerdə niyə yaşayım?”

 

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr