Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.
İdman.biz xəbər verir ki, həlledici oyuna İngiltərənin iki klubunun çıxma ehtimalı daha yüksəkdir.
Liqa mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olmuş "Bodo-Qlimt" və "Tottenhem" komandaları bu dəfə Norveçdə üz-üzə gələcəklər.
Londonda keçirilən ilk oyunda meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Digər yarımfinalda isə "Mançester Yunayted" evdə "Atletik"lə qarşılaşacaq.
Bu komandaların Bilbaoda keçirilən ilk oyununda 3:0 hesablı qələbəyə sevinən "Mançester Yunayted" final yolunda böyük addım atıb.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.
İdman.biz