AZ

“Azərbaycan İrsi” Kanadada

Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş gecənin moderatoru – Kanadanın keçmiş Multikulturalizm və Vətəndaşlıq naziri Toni Ruprext “Vətən” təşkilatının səmərəli fəaliyyət göstərdiyini söyləyib və hər belə məclisdə Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.

Mərkəzin rəhbəri Lalin Həsənova təşkilatın tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.

Məclisdə Ontario parlamentinin millət vəkilləri Rudy Cuzzetto (Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo (Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (Kris Qlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (Kristin Vonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (Andrea Hezel) də çıxış edərək, mərkəzin böyük işləri sayəsində Azərbaycana daha yaxından bələd olduqlarını qeyd ediblər. Yubiley münasibətilə rəsmi təbrik məktubu Lalin Həsənovaya təqdim olunub.

Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb. Günel İsmayılovanın piano müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı gecəyə xüsusi ahəng qatıb.

Mərasimdə Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.

XQ

Seçilən
0
3
xalqqazeti.az

5Mənbələr