9 May paradı Rusiya üçün Ukrayna müharibəsi ilə bağlı ABŞ-la apardığı danışıqlar fonunda xüsusilə önəmlidir: Moskva daha çox liderin iştirak etdiyi paradla beynəlxalq təcrid qarşısında müqaviməti və güclü cəbhəsini sərgiləmək istəyir;
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:
Bu kontekstdə Prezident İlham Əliyevin iştirakdan imtinası Rusiya üçün arzuolunan deyil və Moskvanın vəziyyəti dəyişmək cəhdləri ola bilər.
Rusiya lideri Vladimir Putinin İlham Əliyevə zəng etməsi və imtina səbəblərini, başda AZAL-ın vurulan təyyarəsi ilə bağlı tələb olmaqla, aradan qaldırmaq üzərində razılaşması istisna edilməməlidir.