Dünyanın yeddi ölkəsindəki ən böyük yəhudi diasporları antisemit olayların əhəmiyyətli artım qeydə alıb.
Herbiand.az xəbər verir ki, bu barədə Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Argentinadakı yəhudi icmalarının daxil olduğu J7 beynəlxalq işçi qrupunun çərşənbə günü, mayın 7-də təqdim etdiyi hesabatda deyilir.
Hesabatda 2021-ci ildən 2023-cü ilə qədər antisemit hadisələrin ABŞ-da ən kəskin şəkildə 227% artdığı müəyyən edilib. Fransada artım 185%, Almaniyada 75% təşkil edib. Əsas səbəb kimi HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu və ondan sonrakı hadisələr göstərilir.