AZ

Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər

Böyük Britaniya, Niderland və Avstraliyadan olan beynəlxalq alimlər qrupu 70 milyon il əvvəl Britaniya sahillərində yaşayan əvvəllər bəlli olmayan köpəkbalığı növü aşkar edib. “Pararhincodon torquis” adlandırılan yırtıcı, müasir yaxalıqlı yastı köpəkbalığının qədim qohumu, eyni zamanda unikal anatomik xüsusiyyətlərə malik olub.

“Report” xəbər verir ki, tədqiqat “Royal Society Open Science” (RSOS) elmi jurnalında dərc edilib.

Paleontoloqlar London Təbiət Tarixi Muzeyində onilliklər boyu saxlanılan iki daşlaşmış skeleti araşdırıblar. İlkin olaraq onları “Synechodus” cinsinə aid etmişdilər, lakin KT-skanlaması və dişlərin (cəmi bir neçə millimetr ölçüsündə) çıxarılması göstərib ki, bu tamamilə yeni bir köpəkbalığıdır.

Tədqiqatçıların sözlərinə görə, “Pararhincodon torquis”in üç bel üzgəci təməli var idi, halbuki müasir yastı köpəkbalıqlarında belə təməllər cəmi ikidir. Bu bütün qrupun inkişafı haqqında təsəvvürü dəyişir.

“Pararhincodon torquis”in müasir nəsilləri Asiya və Avstraliya sahillərində yaşayırlar. Onların oraya necə getməsi gələcək araşdırmaların mövzusudur.

Tədqiqatçılar qeyd ediblər ki, bu kəşf yastıların təkamülündə çatışmayan həlqə olub.

Seçilən
0
2
report.az

10Mənbələr