BAKI, 8 may. TELEQRAF
UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı oyunçusu adına iki namizədin adını açıqlayıb.
Teleqraf xəbər verir ki, bunlar PSJ-nin müdafiəçisi Əşrəf Hakimi və “İnter”in qapıçısı Yann Sommer olub.
İtaliya klubunun qapıçısı ÇL-in yarımfinalında “Barselona” ilə cavab oyununda (4:3) fenomenal seyvlərinə görə seçilib.
Paris klubunun mərakeşli müdafiəçisi isə London “Arsenal”ı ilə cavab oyununda (2:1) qələbə qolunu vurub.
Xatırladaq ki, PSJ və “İnter” ÇL-in finalına yüksəlib. Görüş mayın 31-də Almaniyada baş tutacaq.