AZ

Əqrəblər şəhərləri "işğal" edib - İnsanlara hücum faktı 250 faiz artıb

Braziliyada şəhər mərkəzlərində əqrəb populyasiyası sürətlə artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əsasən iqlim dəyişikliyi səbəbindən artımın baş verdiyi iddia olunan şəhər mərkəzlərində əqrəb populyasiyasının sürətlə artması təhlükəli halların sayını da çoxaldıb.

Səhiyyə orqanları bildirir ki, kasıb məhəllələrdəki yüksək sıxlıqlı mənzillər, o cümlədən infrastrukturun bərbad olduğu bölgələrdə əqrəblər üçün ideal yaşayış şəraiti yaranıb ki, bu da onların sürtələ çoxalmasına səbəb verib: "Şəhərlərdəki divar boşluqları, kanalizasiya sistemləri, dağıntılar və tikinti tullantıları əqrəblərin sığınması üçün əlverişli mühit yaradır. Artıq paytaxtın bir çox bölgələri əqrəblərin cazibə mərkəzinə çevrilib"

São Paulo Dövlət Universitetinin müəllimi Manuela Berto Pucca bildirib ki, nəzarətsiz urbanizasiya və iqlim dəyişikliyi Braziliyada ekosistemləri kökündən dəyişdirib: "İndi şəhərlər əqrəblər üçün sığınacaq, istilik və bol yemək təklif edir. Xüsusilə kanalizasiyalar bu canlılar üçün demək olar ki, ideal yaşayış yerləridir. Bəzi əqrəb növləri var ki, cütləşmədən çoxala bilir, onlar hətta 400 günə qədər ac qala bilir. Bu da onlarla mübarizəni çətinləşdirir. Bundan əlavə, artan temperatur və quraqlıq kimi iqlim şəraiti əqrəb populyasiyalarının yayılmasını sürətləndirir. Təsadüfi deyil ki, artıq əqrəblər bir çox bölgələrdə gözləmədiyiniz yerdə sizi sanca bilər. Elə bu səbəbdəndir ki, son vaxtlar əqrəbləri insanları sancma faktı 250 faiz artıb. Vəziyyət berlə davam edərsə, bu, daha təhlükəli xarakter alacaq".

Səlim Novruzov

MİA.AZ

Seçilən
0
mia.az

1Mənbələr