Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsirəddin Tusiyə həsr olunmuş, V- IX sinif şagirdləri arasında keçirilən fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının nəticələri elan olunub.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, olimpiadada iştirak edən şagirdlərimizdən ayrı- ayrı siniflər üzrə fizika fənnindən 4, riyaziyyat fənnindən isə 9 şagird birinci yerin qalibi olub.
Olimpiadada II, III yerlər haqqında məlumatla fizika fənni üzrə https://l24.im/R5wn, riyaziyyat fənni üzrə isə https://l24.im/3fv0K linkindən tanış olmaq mümkündür.

