AZ

Britaniya və Türkiyə azad ticarət sazişinin yenilənməsi ilə bağlı danışıqlara başlayır

Bakı. Trend:

Türkiyə və Böyük Britaniya arasında azad ticarət sazişininmodernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədiləilk danışıqlar mərhələsinin iyul ayının sonunadək keçirilməsirazılaşdırılıb.

Trend xəbər verirki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Londonda BöyükBritaniyanın biznes və ticarət naziri Conatan Reynolds ilə görüşdənsonra X sosial şəbəkəsində paylaşım edib. Ömər Bolat görüşünməhsuldar keçdiyini və kimya sənayesi üzrə azad ticarət sazişininbəzi bölmələrini imzaladığını bildirib. Nazir bu addımı sazişinmodernləşdirilməsi istiqamətində mühüm mərhələ kimidəyərləndirib.

Ömər Bolat həmçinin bildirib ki, bu il Londonda Türkiyə – BöyükBritaniya Birgə İqtisadi və Ticarət Komitəsinin 8-ci iclasıkeçiriləcək. Görüşdə ikitərəfli ticarət əlaqələrinin genişaspektlər üzrə qiymətləndirilməsi planlaşdırılır.

Xatırladaq ki, Türkiyə və Böyük Britaniya arasında mövcud azadticarət sazişi 2020-ci ildə Birləşmiş Krallığın Avropa İttifaqınıtərk etməsindən sonra qüvvədə saxlanılıb. 2023-cü ildə aparılanortaq qiymətləndirmədə sazişin təkmilləşdirilməsinə ehtiyac olduğuqeyd olunmuşdu.

Seçilən
0
2
az.trend.az

4Mənbələr