AZ

Saray qəsəbəsinin bitməyən problemləri

Son günlər Abşeron rayonunun Saray qəsəbəsində baş verən su qıtlığı problemi yerli sakinləri ciddi narahat edir. Su təchizatında yaşanan fasilələr insanların gündəlik həyatına mənfi təsir göstərir və onların səbir kasasını daşırır. Belə hallarda vətəndaşların səsini eşitmək və problemləri operativ şəkildə aradan qaldırmaq mühüm əhəmiyyət daşıyır. 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, məsələ ilə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət edilməsinə baxmayaraq, şikayətlərə hələ də cavab verilməyib.

Sakinlər bildirirlər ki, su probleminin səbəbi xəttdə baş verən nasazlıq konkret olaraq borunun partlamasıdır. Qəza baş verdikdən sonra müəyyən qazıntı işləri aparılıb və problem müvəqqəti olaraq bir gün ərzində aradan qaldırılsa da, növbəti gündən etibarən suyun verilişi yenidən dayandırılıb:

"Su məsələsində böyük çətinliklə üzləşirik, heç bir dəstək göstərilmir. Su bir müddət verilir, sonra 5-6 saatlıq fasilələr yaranır," - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı binanın məsul şəxslərindən biri qeyd edib ki, yaranmış problem artıq diqqətə alınıb və qısa müddətdə tamamilə həll olunacağı gözlənilir.

Asya
Milli.Az 

Seçilən
0
milli.az

1Mənbələr