“Mançester Yunayted” cari mövsümün sonunda heyətdə ciddi dəyişikliklərə hazırlaşır.
Publika.az xəbər verir ki, klub rəhbərliyi uğursuz çıxışlardan məyus olaraq mövsüm bitdikdən sonra daxil olacaq istənilən transfer təklifini nəzərdən keçirməyə razıdır.
Hazırda komandanın rəsmi heyətində 42 futbolçu yer alır ki, onların 38-i satışa çıxarıla bilər. Klub yalnız dörd oyunçunu “toxunulmaz” elan edib. Bunlar yarımmüdafiəçi Bruno Fernandeş, müdafiəçilər Patrik Dorqu və Harri Maquayr, eləcə də istedadlı cinah oyunçusu Amad Diallodur.
Eyni zamanda, müqavilə müddəti başa çatan üç futbolçunun – Kristian Eriksen, Conni Evans və Viktor Lindelöfün komandadan ayrılacağı dəqiqləşib.