
Mayın 7-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib.Bakı şəhərində təşkil olunan baxışda müraciət etmiş gənclər arasından daha hazırlıqlı olan 215 nəfər növbəti mərhələyə seçilib, onlardan 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Nazir gənclərlə görüşdə uğur arzularını bildirib və onlara tapşırıq və tövsiyələrini verib. Seçilmiş namizədlər seçim mərhələsinin növbəti turlarında iştirak edəcəklər.
Diqqət Çəkənlər
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO
Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu