AZ

FED dollarla bağlı qərar verdi

ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb. Metbuat.az xəbər verir ki, bu barədə FED-dən açıqlama verilib. Bildirilib ki, faiz dərəcəsinin sabit saxlanılması qərarı yekdilliklə qəbul edilib. Açıqlamada, bankın hədəflərini dəstəkləmək üçün federal fond dərəcəsi üçün hədəf aralığının 4,25% ilə 4,50% arasında sabit saxlanıldığı bildirilib. Açıqlamada deyilir ki, ölkədə inflyasiya bir qədər yüksək olaraq qalır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp FED-ə fazi dərəcələrini aşağı salmaq barədə çağırış etmişdi. Tramp ölkədə inflyasiyanın aşağı düşdüyünü irəli sürmüşdü.

Seçilən
0
1
metbuat.az

2Mənbələr