AZ

Lombarda qoyulan əşyalar sığortalanır?

Bəzən vətəndaşlar maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə lombarda dəyərli əşyasını, adətən qızıl, zinət əşyası və ya texniki avadanlıq gətirir, qiymətləndirmədən sonra həmin əşya girov kimi qəbul edilir. Əşyanın dəyərinə uyğun məbləğdə pul təqdim olunur və müqavilə bağlanır. Müəyyən müddət ərzində vətəndaş borcu və faizini ödəyərək əşyasını geri ala bilir. Əgər ödəniş olunmazsa, lombard həmin əşyanı satışa çıxarmaq hüququ əldə edir. Bəs lombarda qoyulan əşyalar sığortalanır?Sığorta üzrə ekspert İlahə Ümidli Metbuat.az-a açıqlamasında bildirib ki, lombarda qoyulan məhsulların sığortalanmasında sığorta şirkətləri maraqlı deyil: “Bu əşyalar, əsasən girov əmlakı kimi sığortalanır və adətən, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində baş verə biləcək risklər təminata alınır. Lombarda qoyulan məhsulların sığortalanması mövcud qaydalara zidd deyil, lakin həmin risklər qiymətləndirilərkən xüsusi yanaşmalar tətbiq edilir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr