AZ

“Əl-Hilal”dan əzmkar qələbə

Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunun “Əl-Raed” və “Əl-Hilal” klubları arasında keçirilən oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, litvalı Donatas Rumşas idarə etdiyi matçda qonaqlar 5:3 hesablı qələbə qazanıb.

32-ci dəqiqədə serbiyalı hücumçu Aleksandr Mitroviç "Əl-Hilal"ı hesabda irəli çıxarıb. 41-ci dəqiqədə yarımmüdafiəçi Salem Əl-Dəvsəri qonaqların fərqini ikiyə çatdırıb. 45+3-cü dəqiqədə “Əl-Raed”in yarımmüdafiəçisi Kərim Əl-Berkaui 1 qola imza atıb. 59-cu dəqiqədə Əl-Dəvsəri dubla imza atıb. 67-ci dəqiqədə Malkom komandasının dördüncü qolunu vurub. 68-ci dəqiqədə El-Berkaui dubla imza atıb. 78-ci dəqiqədə Salem Əl-Dəvsəri üçüncü qolunu vuraraq “Əl-Hilal”ı böyük hesabla önə keçirib. 90+9-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Saleh Əl-Əmri penaltini dəqiq yerinə yetirib.

“Əl-Hilal” mövsümdəki xallarının sayını 65-ə çatdırıb. 30 oyundan sonra komanda turnir cədvəlində ikinci yerdədir və bir oyunu olan “Əl-İttihad”dan 3 xal geri qalır. “Əl-Raed” 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Seçilən
0
90deqiqe.az

1Mənbələr