AZ

“Bu, mənim Moskvaya səfərimi pozmaq üçün qəsdən cəhddir” – Fitso


“Estoniya bizim təyyarəni mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etmək üçün Rusiyaya buraxmaqdan imtina edib”​​​​​​​.
Yeniavaz.com
“Dennik N”a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Əlbəttə, bu, mənim Moskvaya səfərimi pozmaq üçün qəsdən edilən cəhddir. Bu, bizim bütün proqramımızı pozur və biz sabah, axşam üçün planlaşdırdığımız işləri yerinə yetirə bilməyəcəyik”, - Fitso bildirib.
Onun sözlərinə görə, protokol xidməti başqa alternativ yol tapmaq üçün mümkün olan hər şeyi edir.
Baş nazir bildirib ki, mayın 9-da Moskvada Naməlum Əsgərin məzarına əklil qoymağı, həmçinin dörd çox mühüm ikitərəfli görüş keçirməyi planlaşdırır.
Qeyd edək ki, Estoniya hakimiyyəti mayın 7-də bildirib ki, mayın 9-da keçiriləcək hərbi paradda iştirak etmək üçün Moskvaya uçuşlar üçün öz hava məkanından istifadə etməyə icazə verməyəcəklər. Latviya hakimiyyəti də Robert Fitsonun təyyarəsinin Rusiyaya daxil olmasına icazə verməkdən imtina edib, qonşu Litva isə hələlik bu barədə şərh verməyib.
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr