Ötən gündən başlayaraq, Rusiyada bir çox hava limanlarının fəaliyyətinə təhlükəsizlik səbəbindən məhdudiyyət tətbiq edilib. Bəzi reyslər təxirə salınıb və ya ləğv edilib.
Yenisabah.az xəbər verir ki, məhdudiyyətlərə baxmayaraq, Kreml Qırmızı meydanda Qələbənin 80 illiyi şərəfinə keçirilən paradın bütün xarici qonaqlarının vaxtında gələcəyinə ümid edir.
Qeyd edək ki, dünəndən Rusiyada Moskvanın Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski aeroportları da daxil olmaqla, bir çox hava limanlarının fəaliyyətinə təhlükəsizlik səbəbindən məhdudiyyət tətbiq edilib.
Telegram kanalımız