AZ

Ərdoğan Şahbaz Şəriflə Hindistanın hücumunu müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Hindistan və Pakistan arasındakı gərginliyi, mayın 6-na keçən gecə baş verən hücumu və hazırkı hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. O, Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.

Seçilən
0
15
publika.az

10Mənbələr