Busaat.az xəbər verir ki, bu yaxınlarda SUMQAYIT ŞƏHƏRİNDƏ HƏKİMLƏR VƏTƏNDAŞIM HƏYATINI XİLAS EDİBLƏR. BUNUNLA BAĞLI AİLƏNİN ÜZVÜ ƏZİZ BEHBUDOV HƏKİMLƏRƏ VƏ TƏCİLİ YARDIM KÖMƏKÇİ BRİQADASI KOMANDASINA TƏŞƏKKÜRÜNÜ BİLDİRİB.
VƏTƏNDAŞ BELƏ QEYD EDİB:
“Bu günlərdə bir ailə kimi nəfəs alırıqsa, bu, sizin sayənizdədir…
Əliyev Bəhruz (çağırışçı həkim), Kərimova Samirə, sürücü Əliyev Alim, Novxanı təcili tibbi yardım komandası və Sumqayıt təcili tibbi yardım stansiyasının 2 saylı köməkçi briqadası — sizə sonsuz təşəkkür edirəm!
Atamın həyatı təhlükədə idi… Amma siz vaxtında gəldiniz, peşəkarlıqla müdaxilə etdiniz və onu həyata qaytardınız. Sözlərlə ifadə etmək çətindir bu minnətdarlığı. Siz sadəcə işinizi gördünüz — Siz əsil insanlıq və peşəkar həkimlik nümunəsi göstərdiniz.
Allah sizdən razı olsun! Qoy hər zaman köməyə çatan əlləriniz sağ, ürəyiniz rahat olsun”.
Hörmətlə: Əziz Behbudov
Busaat.az