AZ

"Barselona" Denzel Dyumfrisin xidmətində maraqlıdır

İspaniya təmsilçisi "Barselona" İtaliyanın "İnter" klubunun sağ cinah müdafiəçisi Denzel Dyumfrisin xidmətində maraqlıdır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin iki oyununda, ümumilikdə 2 qol vuran və 3 məhsuldar ötürmə ilə yadda qalan 29 yaşlı futbolçu kataloniyalıların diqqətini çəkib.

Niderlandlı futbolçu müdafiədən hücuma sürətli çıxışları ilə seçilir.

Qeyd edək ki, Denzel Dyumfris 2021-ci ildən "İnter"in heyətində çıxış edir. O, Milan təmsilçisinə Niderlandın PSV klubundan keçib.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr