AZ

Nazim Sadıxov: “Bu, mənim arzumun reallaşmasıdır”

“Bu sadəcə mənim arzumun reallaşmasıdır”. 

Apasport.az xəbər verir ki, bu sözləri azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.

Mətbuat konfransına qoşulan idmançı hazırlıq prosesini dəyərləndirib:

“Həmişə arzulamışam ki, doğma publika qarşısında çıxış edim. Rafael Fiziyev orada döyüşəcək. Hətta o, dünən bildirdi ki, Tofiq Musayev də rinqə çıxacaq. Bu fantakstikadır. Çünki həmişə postsovet məkanından başqaları döyüşürdü. Amma həmyerlilərimiz olmurdu. Azərbaycanlı döyüşçülər azdır. Bu fantastikadır ki, Bakıda UFC turniri keçiriləcək və üçümz döyüşəcəyik. Nikolas Mottanı çoxdan tanıyıram. 7-8 il olar ki, tanışıq. Əvvəl də başqa təşkilatda döyüşmüşük. Mən orada çempion olmuşam. Son 3-4 ayda Motta Tailanda köçüb. O, ayaqüstə döyüşür və yaxşı boksu var”.

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə döyüşəcək.

Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar

Yığmamız Avropa çempionatında 3 medal qazanıb

UFC: “Azərbaycan, hazırsan?”

Təmsilçimiz Dünya kubokunun qalibi olub

Millimiz ilk medalını qazandı

Seçilən
0
apasport.az

1Mənbələr