Bakı. Trend:
Cari ilin aprel ayında Böyük Britaniyada “Tesla”avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 62 faizazalıb.
Trend“Independent”ə istinadla xəbər verir ki, bu, son iki il ərzindəqeydə alınan ən aşağı göstəricidir.
Qeyd olunan dövrdə şirkət cəmi 536 avtomobil satıb ki, bu rəqəm2024-cü ilin aprelində 1 404 idi. Nəticədə “Tesla”nın bu ilinəvvəlindən bəri Böyük Britaniya elektromobil bazarındakı payı cəmi9,3 faiz olub.
Bu azalma tendensiyası, təkcə Böyük Britaniyada deyil, digərAvropa ölkələrində də müşahidə olunur. Analitiklər bu vəziyyəti həmyerli, həm də çinli rəqiblərin artan rəqabəti ilə izah edirlər.Bəzi ekspertlər satışdakı bu kəskin enişin səbəblərindən birinin dəİlon Maskın siyasi mövqeyi və son dövrlərdə atdığı addımlarlaəlaqələndiriblər.