"Fiorentina" baş məşqçisi Raffaele Palladini ilə müqavilə müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin İtaliya təmsilçisi ilə sözləşməsində avtomatik uzadılma bəndi var. Beləliklə, o, 2027-ci ilin yayına qədər klubla razılıq əldə edib.
Qeyd edək ki, Raffaele Palladini "Fiorentina"ya 2024-cü ilin yayında təyin olub.
Hazırda komanda İtaliya A Seriyasında 59 xalla 8-ci yerdədir. Konfrans Liqasında isə italiyanlar yarımfinalın ilk oyununda "Betis"ə 1:2 hesabı ilə məğlub olub. Cavab görüşü mayın 8-də keçiriləcək.
Bizim.Media