AZ

Ölüm anında bunlar baş verəcək - İlk dəfə açıqlandı

Ölüm, bəşəriyyətin ən dərin və cavabsız suallarından biri olaraq qalır. 

News24.az xəbər verir ki, tibbi tədqiqatlara əsasən, ölüm anında bədəndə baş verən proseslər ardıcıl şəkildə inkişaf edir. Klinik ölüm zamanı ürək dayanır, nəfəs kəsilir və beyin funksiyaları dayanmağa başlayır. Lakin son illərdə aparılan neyroloji araşdırmalar göstərir ki, ölümə yaxın anlarda beyində qısa müddətli, lakin intensiv fəaliyyət baş verir. Bu, bəzən “ölümdən əvvəlki son şüur partlaması” adlandırılır.

Michigan Universitetində 2023-cü ildə aparılan tədqiqatda ürək dayanmasından dərhal sonra beyində yüksək tezlikli neyron aktivliyi qeydə alınıb. Bu, insanların keçmişi "film kimi" görməsi, yüngüllük hissi və ya “bədənin xaricindən özünü görmək” kimi təsvir etdiyi təcrübələri izah edə bilər.

Əksər tibbi mütəxəssislər bildirir ki, təbii yolla və sakit şəraitdə baş verən ölümlərdə ağrı hissi ya olmur, ya da minimum səviyyədə olur. Bədən yavaş-yavaş şüuru itirdiyindən, insan vəziyyətin fərqinə varmadan yuxuya bənzər bir hal yaşayır. Morfin kimi ağrıkəsicilərin istifadəsi isə bu prosesi daha da rahatlaşdırır.

Bir çox dini ənənələr ölüm anını ruhun bədəndən ayrılması kimi təsvir edir. Bəzi inanclara görə, insan həmin anda keçmiş həyatını “bir anlıq” görür, bəziləri isə rahatlıq və nur hissindən bəhs edir.

Aqil

Seçilən
0
news24.az

1Mənbələr