AZ

 Əməkdar artistin ögey qızı ona qarşı çıxdı: “Barışmıram…”

Əməkdar artist Mehriban Xanlarovanın övladlığa götüdüyü bacısı qızı Aysel Xanlarova xalasıyla aralarında baş  verənlərə aydınlıq gətirib.

Adalet.az xəbər verir ki, o, xalası ilə heç vaxt barışmayacağını söyləyib:

“Bir məqam var hamı məndən soruşur. Məcbur qalıb açıqlama verirəm. Heç kəsə kin bəsləmirəm. Heç kəslə düşmənçiliyim də yoxdur. Aramızda söz aparıb- gətirənlər olmasa gözəl olar. Mən danmıram ki, mənə baxıb- böyüdüb. Bu əziyyəti  dansam nankor olaram. Amma mən də qəlbim var. Qırılan qəlb heç nə düzəltməz.

Aranı qarışdırmayın. Barışaram, barışmaram, yenə də onu özüm bilərəm. Bunun heç kəsə aidiyyatı yoxdur”.

Qeyd edək ki, Mehriban Xanlarova da bu açıqlamaya səssiz qalmayıb. O da  instagram hesabında Afət Fərmanqızının “Vecimə deyil”  mahnısını paylaşıb. Bu mahnını oxuduğu üçün müğənniyə təşəkkür edib:

“Gözəl səsli Afət xanım, yaxşı ki, bu mahnını ifa etmisiniz. Haqsızlığa qarşı mübarizə aparan hər kəs bu nəğmənizi dinləyərək güc və ilham ala bilər”,

Əntiqə

Seçilən
0
adalet.az

1Mənbələr