AZ

Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar+Yenilənib

FHN intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatlarla əlaqədar dərhal qurumun Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Hacıqabul rayonunda intensiv yağışlarla əlaqədar subasmaya məruz qalmış ərazilərdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən Hacıqabul şəhəri, rayonun Muğan qəsəbəsi və Şorbaçı kəndində su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.





Seçilən
0
7
qafqazinfo.az

10Mənbələr