Ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"nın müdafiəçisi İnyiqo Martineslə "İnter"in futbolçusu Françesko Açerbi arasında münaqişə yaşanıb.
"Cebheinfo.az" xəbər verir ki, İtaliya klubu 2:0 hesabı ilə öndə olarkən Açerbi İnyiqoya tərəf qışqırıb. Martines isə Françeskoya tərəf çevrilib və ona tüpürüb.
Oyundan sonra Kataloniya təmsilçisinin futbolçusu bu barədə açıqlama verib. O, rəqibinin kürəyinə tüpürdüyünü təsdiqləyib:
"Hesab 2:0 olanda o, artıq bayram edirdi, düz qulağıma qışqırdı. Bu mənim üçün lazımsız reaksiya idi. Tüpürdüm, amma tüpürcək onun bir metrliyindən keçdi. Əgər belə olmasaydı, hakim məni meydandan qovardı".