Bakı. Trend:
Bu il Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalımüəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadiZonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata görə, İZİA-nın idarəçiliyində olan Ağdam SənayeParkında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxilolmaqla sahibkarlar tərəfindən 85 milyon dəyərində məhsul istehsalıhəyata keçirilib. Həmçinin cari ilin I rübündə 63 milyon manatlıqməhsul istehsal olunub.
"Hazırda Ağdam Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident,5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeydiyyataalınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıqdaimi iş yerinin yaradılması nəzərdə tutulur.
Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb", -məlumatda vurğulanıb.
"190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70%-dən çoxhissəsi sahibkarların istifadəsinə verilib.
Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir,10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davametdirilir. Bu il parkda tütün məmulatlarının istehsalımüəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır", - deyəməlumatda qeyd olunub.