AZ

"Azərsu" ASC-nin keçmiş prezidentinin şirkəti 20 milyonluq tenderin qalibi oldu 21 milyonluq müqavilə

BAKI, 7 may. TELEQRAF

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi "Hidro-İnşaat Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20 milyon 931 min 350 manatlıq müqavilə bağlayıb.

Teleqraf xəbər verir ki, Köhnə Xanqızı və P-O kanallarının yenidən qurulması işləri (I mərhələsi) "Hidro-İnşaat Servis" MMC-yə həvalə olunub. Bunun üçün "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi MMC-yə 20.931.350,35 manat vəsait ödəyəcək.

Qeyd edək ki, sözügedən kanalların yenidən qurulması ilə bağlı elan edilmiş tenderin ilkin dəyəri 29.510.302,58 AZN olub.

Müvafiq işlərin görülməsinə bu gündən başlanlıb, 2027-ci ilin oktyabrın 1-ə qədər bitməyi nəzərdə tutulur.

Yeri gəlmişkən, Köhnə Xanqızı kanalı 1933-cü ildə istismara verilib və uzunluğu 64 kilometrdir. Kanal Beyləqan və Ağcabədi rayonlarından keçir.

Onu da bildirək ki, "Hidro-İnşaat Servis" MMC-nin 2011-ci ildə təsis edilib. Şirkət bir zamanlar "Azərsu" ASC-nin keçirdiyi milyonluq layihələrin yeganə qalibi idi. Paytaxtda, bölgələrdə su və kanalizasiya layihələrini, çirkab su təmizləyici qurğu layihələrini və su kəməri layihələrini uğurla həyata keçirib. Yeri gəlmişkən, "Hidro-İnşaat Servis" MMC "Azərsu" ASC-nin sabiq prezidenti Qorxmaz Hüseynova məxsus olduğu bildirilir. Şirkətin rəhbəri onun qaynı Namiq Cəbrayılovdur.

Seçilən
0
teleqraf.com

1Mənbələr