AZ

Azərbaycanda qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edildi

BAKI, 7 may. TELEQRAF

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” yenidövlət standartıqəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Bu standart qızıl və onun əsasında hazırlanmış qızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.

Sözügedən standart “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında təsdiqlənib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
0
11
teleqraf.com

8Mənbələr