Bu barədə Modern.az-a açıqlamasında Milli Qəhrəmanın atası Cəlil Alıyev məlumat verib.
Ev muzeyi Samux rayonunun Alıuşağı kəndində yerləşəcək.
Muzeydə Milli Qəhrəmana məxsus əşyalar sərgilənəcək.
O qeyd edib ki, ev muzeyi ailə tərəfindən tikilir:ə. “Tikinti özümüz tərəfimizdən aparılır. İşlər yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, - Cəlil Alıyev bildirib.
Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb.
Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
10Mənbələr
-
news24.azHökumə Əliyevanın ev-muzeyi tikilir ( 17069390)
-
azpost.infoHökumə Əliyevanın ev muzeyi tikilir ( 17075831)
-
nocomment.azHökumə Əliyevanın ev-muzeyi tikilir ( 17073839)
-
olke.azHökumə Əliyevanın ev muzeyi TİKİLİR ( 17072069)
-
bizim.mediaHökumə Əliyevanın ev MUZEYİ TİKİLİR ( 17071925)
-
demokrat.azHökumə Əliyevanın ev muzeyi TİKİLİR ( 17071478)
-
moderator.azMilli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyi yaradılır - FOTO ( 17071454)
-
gundem.azHökumə Əliyevanın ev-muzeyi tikilir ( 17071283)
-
busaat.azHökumə Əliyevanın Xatirəsi Əbədiləşdirilir: Alıuşağı Kəndində Ev Muzeyi Tikilir ( 17071130)
-
news365.azHökumə Əliyevanın ev muzeyi tikilir ( 17071034)