İraq iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması fonunda Ərbil şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib.
Mia.az-ın məlumatına görə, bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.