İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İvanovka Aqropark" ASC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni aqropark İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 12 233 650 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 885 manat olan 6 490 ədəd səhm əsasında formalaşıb. Aqroparkın qanuni təmsilçisi müəyyən edilməyib.
Xatırladaq ki, bu ilin fevral ayında İvanovkada fəaliyyət göstərən Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark"a çevrildiyini elan edib. Həmin kolxoz Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib. Müəssisə ölkədə yeganə kolxoz olub. (Report)