AZ

Azərbaycan və ABŞ bank tənzimlənməsi üzrə ikinci dəfə danışıqlar aparacaq

Mayın 19-23-də Azərbaycandan ABŞ-yə ikinci bank missiyası həyata keçiriləcək.

FED.az xəbər verir ki, bu missiya çərçivəsində Vaşinqton və Nyu-Yorka səfərlər, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctima Birliyi ilə birgə "Bank komplayensi və maliyyə bütövlüyünün gücləndirilməsi: tənzimləmə sahəsində Azərbaycan-ABŞ təcrübə mübadiləsi" adlı tədbir təşkil olunacaq.

Təşəbbüsün məqsədi Azərbaycan bankları ilə ABŞ-nin tənzimləyici orqanları, aparıcı maliyyə institutları və sahə ekspertləri arasında əməkdaşlığı gücləndirməkdir.

"Son illərdə Azərbaycan və ABŞ bankları arasında maliyyə sahəsində qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Biznes və ticarət əlaqələrinin inkişafı üçün yeni perspektivlər açılıb. Azərbaycanın bank sisteminə inamın artması və ölkənin maliyyə sektorunda peşəkarlığın yüksəlməsi ABŞ bankları ilə davamlı müxbir münasibətlərinin qurulmasında əsas rol oynayıb", - USACC-dən bildirilib.

Palatanın məlumatına görə, Azərbaycan bu gün Cənubi Qafqaz ölkələri arasında ABŞ maliyyə bazarlarına ən böyük investordur. Bu, ölkənin Birləşmiş Ştatlarla iqtisadi və maliyyə əlaqələrini dərinləşdirmək istəyini göstərir.

"İkinci bank missiyası artan tərəfdaşlığa əsaslanır. Proqram Azərbaycan komplayens mütəxəssislərinin ixtisasının artırılmasına, təcrübə mübadiləsinə, normativ tələblərə riayət olunması ilə bağlı təcrübələrin təkmilləşdirilməsinə, maliyyə şəffaflığının təşviqinə və beynəlxalq tənzimləmə standartları ilə uyğunlaşdırılmasına yönəlib", - palatadan bildirilib. (Report)

Seçilən
0
2
fed.az

3Mənbələr