“Barselona”nın futbolçusu Rafinya Çempionlar Liqasında Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçu ulduz futbolçunun bir mövsümdə vurduğu qol və məhsuldar ötürmə sayına çatıb. Rafinya “İnter” komandası ilə keçirilmiş cavab oyununda fərqlənməklə bunu reallaşdırıb.
28 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində bu mövsüm Çempionlar Liqasında 21 qolun (13 qol və 8 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib.
Karyerasının ən yaxşı mövsümünü keçirən Rafinya İspaniya nəhənginin forması ilə 53 matçda 32 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.