AZ

Abunəçilər su sərfiyyatı ilə bağlı borclarını hissəli ödəyə biləcəklər

Su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Demokrat.az-a bildirilib ki, vətəndaşlar Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər.

- Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır.

- Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır.

Seçilən
0
12
demokrat.az

8Mənbələr