AZ

Kartofda virus aşkarlandı – Son iki ayda... 

  Son iki ayda Türkiyəyə xaricdən gəmilərlə Mersin limanına gətirilən 2223 ton 150 kiloqram toxumluq kartof müxtəlif viruslar aşkarlandıqdan sonra geri qaytarılıb.


Sonn 2 ayda Aralıq dənizi üzərindən gəmilərlə Mersin limanına tonlarla toxumluq kartof gəlib.

Daxil olan kartoflar Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi Qida və Nəzarət Müfəttişləri Baş İdarəsi (bitki sağlamlığına nəzarət işçiləri) tərəfindən yoxlanılıb. Yoxlamalar zamanı Şotlandiya mənşəli 850 ton toxumda, 4 ayrı-ayrı göndərişdə 585 ton 400 kiloqram toxumda “Kartof yarpaqları polerovirusu” (Leaf curl virus) və “Tobacco rattle tobravirus” (Tobacco rattle virus) aşkar edilib.

Ümumilikdə 2223 ton 150 kiloqram kartof aşkar edilərək gəldikləri ölkələrə geri göndərilib./yenisabah.az

Seçilən
0
2
referans.az

3Mənbələr