AZ

Xankəndi stadionunda təmir işləri gedir - FOTOLAR

Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib.

Sportal.az xəbər verir ki, III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti prosesi sürətləndirilib. Stadionun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub.

Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

 

saytlarin hazirlanmasi

Seçilən
0
39
sportal.az

10Mənbələr