AZ

Hindistan-Pakistan münaqişəsinin böyük müharibəyə çevrilmə ehtimalı azdır – ŞƏRH

Hindistan-Pakistan münaqişəsinin böyük müharibəyə çevrilmə ehtimalı azdır.

Bunu Hindistanla Pakistan arasında artan gərginlik və qarşıdurma fonunda İnterpress.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev deyib.

“Hindistan-Pakistan arasındakı konflikt çoxdanın konfliktidir. Ancaq konflikt müəyyən qədər dondurulmuş idi, yenidən alovlanıb.

İki böyük gücün qarşı-qarşı gəlmək ehtimalı var. Əsas bu, Kəşmir uğrunda baş verir. Bir səbəb kimi bunu götürə bilərik. İkinci səbəb – onlar arasında tez-tez sərhəd pozuntuları da olur.

İki tərəf də başa düşür ki, tərəflər zəif deyil. Müharibə böyük itkiyə səbəb ola bilər. Təbii ki, burada xarici faktorlar da var, maraq qruplar da var.

Amma zənn etmirəm ki, çox böyük bir qlobal konfliktə çevirilsin. Çünki bu konflikt heç bir tərəfə səhv eləmir.

Hər iki tərəfdən çox böyük itkilərə – maddi və personal itkisinə səbəb ola bilər. Məncə, bunu başa düşürlər. Sadəcə olaraq, regional bir konflikt olduğunu hesab etmirəm.

Müəyyən bir vaxtda yatırılacağını zənn edirəm, böyüyəcəyini güman etmirəm və ümid edirəm”, – konfliktoloq vurğulayıb.

Xuraman Etibarlı

İntertpress.az

Seçilən
0
50
interpress.az

10Mənbələr