AZ

Moskvanın hava limanları iflic VƏZİYYƏTDƏ – Ukrayna dronları XAOS YARATDI – VİDEO

9 May Qələbə Paradı ərəfəsində Moskvada vəziyyət gərginləşməkdədir. Ukraynanın artan dron hücumları Rusiya hava məkanında ciddi təhlükəsizlik narahatlığı yaradıb. Nəticədə Moskvadakı hava limanlarında nəqliyyat iflic vəziyyətinə düşüb.

Bizim.Media xəbər verir ki, Rusiya aviasiyasının nəhəng daşıyıcısı "Aeroflot", yalnız çərşənbə günü Moskvadan 52 reysi, paytaxt istiqamətində isə daha 54 uçuşu ləğv edib. Bu barədə şirkətin rəsmi onlayn tablosu məlumat verib. Ümumilikdə, 140-dan artıq reys ya təxirə salınıb, ya da ləğv edilib.
 

Hazırda Moskvadan və Moskvaya 280-dən çox reysin qrafikə uyğun həyata keçirilməsi planlaşdırılır, lakin vəziyyətin dəyişməsi ehtimalı yüksək olaraq qalır.


Ləğv və gecikmələr yalnız "Şeremetyevo" hava limanından fəaliyyət göstərən "Aeroflot" reyslərinə deyil, həm də onun törəmə şirkəti olan və "Vnukovo" hava limanında fəaliyyət göstərən "Rossiya" aviaşirkətinə də aiddir.

Mütəxəssislər bildirirlər ki, hava hücum təhlükəsi ilə bağlı Moskva üzərində hava məkanının dövri bağlanması aviasiya sistemində kəskin gərginliyə səbəb olub. Dron hücumları fonunda paytaxt səmasında təhlükəsizlik tədbirləri artırılıb, bu isə hava nəqliyyatının hərəkətinə ciddi təsir göstərməkdədir.

Yaranmış vəziyyət həm sərnişinlərin planlarına, həm də aviaşirkətlərin fəaliyyətinə böyük zərbə vurur. Hazırda Moskvadakı hava limanlarında minlərlə sərnişin qeyri-müəyyənlik içində gözləmə rejimindədir.






Bizim.Media

Seçilən
0
1
bizim.media

4Mənbələr