AZ

Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarətinə yola düşəcəyi tarix məlum olub

Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək.

Herbiand.az xəbər verir ki, bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.

O bildirib ki, digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.

Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyən şəxslərin sənəd qəbulu yanvarın 21-dən aktivləşdirilib və bu həftənin sonu sənəd qəbulunun dayandırılacağı ehtimal olunur.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Seçilən
0
14
herbiand.az

10Mənbələr