COP29-un prezidenti Muxtar Babayev Kopenhagendə iqlim üzrə nazirlər konfransında çıxışı zamanı milli iqlim planlarının əhəmiyyətini qeyd edib. SİA xəbər verir ki, bu barədə COP-29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
"COP29-un prezidenti Muxtar Babayev bu gün Kopenhagendə iqlim üzrə nazirlər konfransının birinci plenar iclasında çıxış edib. O, növbəti onillikdə iqlim fəaliyyətlərinə rəhbərlik etmək üçün milli iqlim planlarının əhəmiyyətini vurğulayıb və Bakıda keçirilən COP29-da razılaşdırılmış yaşıl investisiyaların vacibliyini nümayiş etdirib", - məlumatda bildirilib.