Bakı. Trend:
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonununPirallahı qəsəbəsində Mətbuat küçəsinin əsaslı təmiri aparılır.
Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, 435 metr uzunluğa malik küçədə torpaq yatağınıneni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir. Sözügedən küçətorpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur,hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılanəsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsızqrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yolyatağının tikintisi və küçənin profilə salınması işlərigörülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncumərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyatvasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanmaxətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnolojiardıcıllığa uyğun şəkildə icra olunur.