AZ

Bağdadda İraq və Azərbaycan XİN başçıları arasında geniştərkibli görüş keçirildi

Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.

Busaat.az xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.

Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.

image-wccjnf8snaqyfkqpfoczogxbzlgwkgfovgcpxha3_640 image-5kvvumd1u3zmj9bsq737xbroyclarrrjzq48oj3a_640 image-u63jw3dxbtjc5ptlubrxpyxyftwed1ctz55emy2s_640

 

Seçilən
0
5
busaat.az

6Mənbələr