Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 47,3 mln. kubmetr itki olub, bu da illik müqayisədə 20,9% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2023-cü ildə respublika üzrə qaz kəmərlərində itkilər 59,8 mln. kubmetr təşkil edib.
Qeyd etmək lazımdır ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub.
Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).