AZ

“Hindistana qarşı düşmənçiliyimiz yoxdur” - Pakistanın müdafiə naziri

Pakistan Hindistana qarşı heç bir düşmənçilik nümayiş etdirmir və Yeni Dehli geri çəkiləcəyi təqdirdə gərginliyə son qoymağa hazırdır.

Herbiand.az bildirir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Biz son iki həftə ərzində daim deyirik ki, Hindistana qarşı heç vaxt düşmənçilik nümayiş etdirmirik. Lakin, əgər bizə hücum edilərsə, cavab verəcəyik”, - müdafiə naziri deyib.

O, qeyd edib ki, Hindistan geri çəkiləcəyi təqdirdə Pakistan öz tərəfdən gərginliyi artırmağı dayandıracaq: “Bunlar düşmənçilik hərəkətləri deyil, biz sadəcə olaraq ərazimizi müdafiə edirik”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
1
herbiand.az

2Mənbələr