AZ

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət etdi

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 30 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərini ziyarət edib.

Publika.az xəbər verir ki, səfərin ilk günündə “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Troya Atı Muzeyi”, “Dəniz Muzeyi” və “Seyit Onbaşı Abidəsi” ziyarət olunub.

Ailələr, bu tarixi məkanlarda dərin duyğular yaşayıb, şəhidlərin ruhuna dualar oxuyublar. Həmçinin Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən şəhid ailələri hər iki qardaş xalqın Vətənləri uğrunda canlarından keçən qəhrəman şəhidlərini dərin ehtiramla yad ediblər.

Səfərin ikinci günü isə Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailələrini qəbul edib. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və bu kimi səfərlərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Seçilən
0
12
publika.az

10Mənbələr