AZ

Metroda nə baş verir: Qatar 15 dəqiqə hərəkətsiz qalıb

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Sərnişinlər qatarların 4 stansiyanı 35 dəqiqəyə getdiyini, hətta bəzi stansiyalarda 15 dəqiqəyə qədər gözləməli olduğunu bildiriblər.

Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov KONKRET.az-a açıqlamasında qatarların hərəkətindən hansısa nasazlığın olmadığını bildirib:

“Bəzi stansiyalarda sıxlıq səbəbilə tənzimləmələr hərəkət və sərnişin təhlükəsizliyi nəzərə alınaraq, təmin edilir”, – o əlavə edib.

Seçilən
0
2
konkret.az

3Mənbələr